Quba filialının tələbəsi Zemfira Davrişova “Şəhla Qarayeva Təqaüd Proqramı”nı (ŞQTP) qazanıb

19.02.2025
Quba filialının tələbəsi Zemfira Davrişova “Şəhla Qarayeva Təqaüd Proqramı”nı (ŞQTP) qazanıb

 

ADPU-nun Quba filialının Humanitar elmlər fakültəsinin “ Xarici dil müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Zemfira Davrişova Şəhla Qarayeva Təqaüd Proqramını (ŞQTP) qazanıb. Təqaüd proqramının müsahibə mərhələsi iki dildə (Azərbaycan dili, ingilis dili) olub.
Qeyd edək ki, Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Azərbaycandan olan aztəminatlı (məhdud imkanlı) və təhsilə çıxışı məhdud olan qadınların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb. ŞQTP həyatını təhsilə həsr etmiş, məşhur pedaqoq və təbələrin dostu olan Şəhla Qarayevanın (1962-2018) adını daşıyır.
Tələbəmizi təbrik edir, uğurlar arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?