Təbrik edirik!

19.02.2025
Təbrik edirik!

14 fevral 2025-ci il tarixində AMEA-nın Naxçıvan bölməsinin nəzdində fəaliyyət göstərən ED 1.13 Dissertasiya Şurasının növbəti iclası keçirilib. İclasda ADPU-nun Quba filialının Humanitar elmlər fakültəsinin dekan müavini, İctimai elmlər kafedrasının baş müəllimi Mürvət Əliyev fəlsəfə doktorluğu proqramı üzrə tarix elm sahəsi üzrə dissertasiya işi müdafiə edib.
Vətən tarixi (5503.02) indeksi üzrə “Azərbaycanın Borçalı və Qazax-Şəmşəddil bölgələri uğrunda Gəncə xanlığı ilə Rusiya-Gürcüstan bloku arasında mübarizə” mövzusunda təqdim edilən dissertasiya işinin elmi rəhbəri tarix elmləri doktoru, professor Camal Mustafayev, rəsmi opponentlər tarix elmləri doktoru, professor Adil Baxşəliyev, tarix elmləri doktoru, dosent İbrahim Kazımbəyli, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov olmuşdur.
İddiaçının dissertasiya işi ilə bağlı uğurlu təqdimatından sonra opponentlər çıxış edərək işin müsbət tərəflərini, irad və təkliflərini bildiriblər. Daha sonra iddiaçı şura üzvlərinin və iştirakçıların suallarını cavablandırıb. Sonda çıxış edən professor Arif Məmmədov, professor Oqtay Sultanov, professor Hacı Həsənov və başqaları yerinə yetirilmiş dissertasiya işi ilə bağlı öz müsbət fikirlərini qeyd ediblər.
Dissertasiya işini uğurla müdafiə etməsi münasibətilə Mürvət Əliyevi ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin və bütün kollektivin adından səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?