Pedaqoji Universitetin Quba filialı Kitab Bağışlama Gününü qeyd edib

19.02.2025
Pedaqoji Universitetin Quba filialı Kitab Bağışlama Gününü qeyd edib

Pedaqoji Universitetin Quba filialı Kitab Bağışlama Gününü qeyd edib

“AzərKitab”ın Quba filialının təşkilati dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva açıq elan edib, iştirakçıları salamlayıb, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə 14 Fevral– Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilmiş “Kitab bəşəriyyətin elm xəzinəsidir” adlı tədbirin rəsmi hissəsi haqqında məlumat verib. Tədbirdə əvvəlcə kitaba və yazarlara xüsusi diqqəti, qayğısı ilə seçilən, Filialın kitab fondunu əməli fəaliyyəti nəticəsində son illərdə 29 minə çatdıran, həmçinin kitab sevgisi ilə gənclərə örnək olan ADPU-nun Quba filialının direktoru dos.Yusif Alıyev çıxış edib, oxuduğu və təhlil etdiyi kitablardan, yazarlardan, dəyərli yazıçımız, Millət vəkili, professor Əlibala Məhərrəmzadədən, onun Qubada ziyalı mühitin dərinləşməsindəki xidmətlərindən, “AzərKitab”mərkəzinin gənclər üçün əhəmiyyətindən danışıb, yaradılan şəraitə görə Mərkəzin rəhbərliyinə də təşəkkür edib, həmçinin görkəmli şair Ramiz Qusarçaylıdan, sitatlar gətirib, Vətən poemasının tarixi əhəmiyyətini diqqətə çatdırıb və təhlillərinin nəticələrini sadalayıb.
Daha sonra tədbirdə Azərbaycan şairi, AYB-nin Quba bölməsinin sədri, “Azərbaycan bayrağı” şeirinin müəllifi Ramiz Qusarçaylı, sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva çıxış ediblər.Tədbirdə filialın IV tədris ili tələbəsi Ariz Mustafayevin yenicə çapdan çıxmış “Sevginin göz yaşları” adlı kitabı oxuculara təqdim edilib, müəllif kitabın ərsəyə gəlməsindəki xidmətlərinə görə filial rəhbərliyinə, həm də Gülüstan Ədəbi Məclisinin rəhbəri Şıxəmməd Seyidməmmədova təşəkkür edib, şeirlərini səsləndirib. Ariz Mustafayev həmçinin kitablarını qonaqlara hədiyyə edib, onları maraqlandıran sualları cavablandırıb. Tədbirdə Günəş İskəndərov və Aysun Əliyeva da özləri yazdıqları şeirləri ifa ediblər.
Tədbirdə həmçinin 14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar, ADPU-nun Quba filialının Kitabxana fonduna göstərdiyi diqqət və qayğıya görə, həmçinin Filialın Kitabxana və elektron resurslar şöbəsində ən fəal oxucu kimi qeydiyyatda olması münasibətilə Filialın direktoru dos.Yusif Alıyev Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva tərəfindən Təşəkkürnamə ilə təltif edilib, direktora kitab hədiyyə edilib.

Tədbirdə həmçinin Filial direktorunun əmri ilə
14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə və ADPU-nun Quba filialının Kitabxana və elektron resurslar şöbəsində 2024/2025-ci tədris ili ərzində ən fəal oxucu kimi qeydiyyatda olması münasibətilə bir qrup əməkdaş və tələbələr Fəxri fərmanla təltif edilib.
ADPU-nun Quba filialının Humanitar elmlər fakültəsinin XM ixtisasının tələbəsi Gülyanaq Əhmədovanın moderatorluğu ilə davam edən tədbir kitab müzakirələri və sürətli oxu yarışı ilə davam etdirilib, iştirakçılara kitablar bağışlanılıb.
Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?