ADPU-nun Quba filialının əməkdaşları İnsan İnkişafı Forumunda iştirak ediblər

19.02.2025
ADPU-nun Quba filialının əməkdaşları İnsan İnkişafı Forumunda iştirak ediblər

Dövlət-özəl sektoru əməkdaşlığı çərçivəsində “Milli dəyərlərlə birgə qlobal biznesə!” devizi ilə təşkil olunmuş forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, “Paşa Holding”in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə keçirilib.

Forumda Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Paşa Holding” MMC-nin Baş icraçı direktoru Cəlal Qasımov çıxış ediblər. Çıxışçılar ölkəmizdə insan kapitalının inkişafı və bu sahədə dövlət dəstəyi, bilik və bacarıqların artırılması, sahibkar düşüncə tərzinin təşviqi, təhsil sistemi və biznes arasında qarşılıqlı əməkdaşlıq, məşğulluq məsələləri, işəgötürənlər və işçilərin gözləntiləri və s. mövzularda fikir və təkliflərini bölüşüblər.
Tədbirin dəvətliləri sırasında ADPU-nun rektoru professor Cəfər Cəfərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İskəndərov, Samir Vəliyev, Şahin Seyidzadə, ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, KTŞ-nin müdiri Qalib Şərifov da yer alıb.
Tədbir çərçivəsində “İnsan inkişafı: Uşaq və gənclərdə biznes üçün kompetensiyaların formalaşdırılması” mövzusunda panel müzakirə təşkil olunub, panel müzakirələrdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov, Dövlət Məşğulluq Agentliyində Mərkəzi karyera filialının müdiri Toğrul Ələkbərov və aidiyyatı qurumların maraqlı tərəfləri iştirak edib, “Balaca tacirlər” və “Azərbaycan biznes mədəniyyəti” kitablarının təqdimatı keçirilib. Təqdimatı Pedaqoji Universitetin Beynəlxalq Əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris Mərkəzinin müdiri Xalidə Həmidova edib.
Forumda həmçinin ADPU-nun Quba filialından sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva, İnsan Resursları və Kargüzarlıq Şöbəsinin müdiri Seyid Cabbarov, şöbənin əməkdaşları Günay Qayıbova, Nərmin Kürəbəyova da iştirak ediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, “Paşa Holding”in dəstəyi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə insan inkişafı sahəsində maraqlı tərəflərin iştirakı ilə keçirilən İnsan İnkişafı Forumunda ölkəmizdə insan kapitalının inkişafına dövlət dəstəyi, təhsil sistemi və biznes arasında əməkdaşlıq, məşğulluq sahəsində yeni trendlər kimi məsələr ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət və özəl qurumların nümayəndələrini, insan resursları üzrə mütəxəssisləri və təhsil ekspertlərini bir araya gətirən tədbirin məqsədi insan potensialının artırılmasını, fərdi və peşəkar bacarıqların erkən yaşlarda formalaşdırılmasını, karyera sahəsində müasir tələb-təklif trendlərini müzakirə etmək, müvafiq sahədə təcrübə mübadiləsi aparmaq olmuşdur.

Qeyd edək ki, tədbir 11 fevral 2025-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da keçirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?