Pedaqoji Universitetin Quba filialında yeni ixtisasların açılmasına dair imkanlar dəyərləndirilib

19.02.2025
Pedaqoji Universitetin Quba filialında yeni ixtisasların açılmasına dair imkanlar dəyərləndirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında yeni ixtisasların tədris olunması prioritet olaraq qorunmaqdadır. Filialda aparılan davamlı təhsil islahatları sayəsində bu sahədə əhəmiyyətli nəticələr qazanılmaqdadır.
Filialın direktoru, fizika elmləri doktoru dosent Yusif Alıyevin sədrliyi ilə keçirilən növbəti iclasda Pedaqoji Universitetin Quba filialında yeni ixtisasların açılmasına dair imkanlar dəyərləndirilib.
Elmi Şura üzvləri və struktur rəhbərləri müzakirə olunan məsələlər ətrafında araşdırmaların nəticələrini təqdim ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, yeni ixtisasların açılması üçün Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının böyük pedaqoji potensialı mövcuddur. İfadə olunub ki, yeni ixtisasların açılmasını əlçatan etmək üçün bütün imkanlar səfərbər olunmalıdır.
Direktor Yusif Alıyev prosesin davam etdirilməsi və yüksək nəticələr alınması üçün tövsiyə və tapşırıqlarını çatdırıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?