Pedaqoji Universitetin Quba filialında fəal gənclər bir araya gəliblər

06.02.2025
Pedaqoji Universitetin Quba filialında fəal gənclər bir araya gəliblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Dövlət gənclər siyasəti: təməllər və perspektivlər” adlı tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələrinin nümayəndələri, ADPU-nun Quba filialının professor-müəllim və tələbə heyəti iştirak edib.
Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Bunun ardınca ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Pedaqoji Universitetin Quba filialının direktoru, dosent, fizika elmləri doktoru Yusif Alıyev tədbirin açılışındakı çıxışında Gənclər Günü münasibətilə səmimi təbrik edərlərini çatdıraraq gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu etmiş, bu bayram gününün təsis olunması tarixinə toxunmuşdur. Gəncləri cəmiyyətimizin ayrılmaz və ən fəal parçası olduğunu diqqətə çatdıran direktor Yusif Alıyev bildirib ki, dövlətçilik tariximizə misilsiz töhfələr verən gənclərimiz hər zaman mətanətlə Vətənimizin keşiyində dayanıblar.
Ümummilli lider Heydər Əliyevin məyyən etdiyi gənclər strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran dosent Yusif Alıyev bildirib ki, Azərbaycan gəncliyi ilə aparılan güzgün ideoloji iş, aparılan vətənpərvərlik siyasəti nəticəsində ölkəmizdə gənc nəslin monolot qüvvə kimi formalaşmasına nail olunub. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək vətənimizin bütövlüyü naminə yenilməz ordu olduğunu dünyaya nümayiş etdirib. Müqəddəs Qarabağ Zəfərinin təntənəsi məhz bu birliyin nəticəsidir. Qəhrəman şəhidlərimiz və qazilərimiz canlarını fəda edərək bu zəfərə nail olublar. Şəhid və qazilərimizin ehtiram hər zaman milli-mənəvi borcumuz olacaqdır.
Filialın Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, müəllimi Aygün Şıxbabayevanın moderatorluğu ilə davam edən tədbirdə filialın sosial humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva və şəhid Ruslan Bayramovun həyat yoldaşı İlahə Bayramova çıxış ediblər.
Çıxışlarda əminliklə qeyd olunub ki, hər zaman öz fəallığı ilə seçilən gənclərimiz bundan sonra da bütün məsələlərdə örnək davranışları ilə nümunə olacaqlar.
Sonra söz bu günün əsl qəhrəmanları olan gənclərimizə verilmişdir. Onlar da tədbirdə iştirak edən digər gəncləri təbrik edərək, onlara uğurlar arzu etmiş, fəaliyyətlərini diqqətdə saxladıqlarına görə, filialın rəhbəri dos. Y. Alıyev başda olmaqla, bütün kollektivə təşəkkürlərini bildirdilər.
2 Fevral- Azərbaycan Gəncləri Günü və Pedaqoji Universitetin Quba filialının ictimai-mədəni həyatında fərqləndiyinə görə Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, filialın bir qrup gənc əməkdaşı və fəal tələbələr Fəxri Diplomla təltif ediliblər.
Sonda xatirə fotosu çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?