
ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev beynəlxalq elmi jurnalla əməkdaşlığa görə təşəkkür və sertifikatla mükafatlandırılıb
“Elsevier Journals”ın idarəedici direktoru xanım Laura Hassink tərəfindən ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyevə “Vacuum” jurnalında çap olunmuş məqalələrə yazılmış rəylərə görə təşəkkür məktubu və “Elsevier” nəşriyyatı tərəfindən sertifikat göndərilmişdir.
Əsasən vakuum fizikası, materialşünaslıq, səth mexanikası elm sahələri üzrə ixtisaslaşmış beynəlxalq elmi nəşr kimi tanınan “Vacuum” jurnalı yeni nəsl tədqiqqatçıların ən çox çap olunmaq istəyində olduğu nəşrlərdən biridir.
“Elsevier” nəşriyyatı tərəfindən rüblük olaraq nəşr edilən SCOPUS elmmetrik bazasında 6.8 CiteScore malik olan Q1 indeksli “Vaccum” elmi jurnalı dünyanın müxtəlif ölkələrindən olan elmi-tədqiqatçılarla “editor” olaraq əməkdaşlıq edir. Doesnt Yusif Alıyev də artıq 5 ilə yaxın müddətdir ki, “Vacuum” jurnalının rəyçi heyəti sırasında yer almışdır.
Hər bir elmi-tədqiqatçı üçün önəmli olan məsələrlərdən biri də məşğul olduğu elm sahəsi üzrə dünya elmindən xəbərdar olmaqdır. Bu xüsusda alim üçün beynəlxalq elmi jurnallarla əməkdaşlıq etmək çox önəmlidir.
Jurnalın redaksiya heyəti tərəfindən mütamadi olaraq rəyçilər bazası yenilənərək məsuliyyətli və güvənli mütəxəssislərlə əməkdaşlıq əlaqələri qurulur. Çap edilmək üçün jurnala göndərilmiş məqalənin durumuna qiymət vermək, onu elmi cəhətdən təhlil edib rəy vermək çox məsuliyyətlidir. Buna görə də rəyçi alim mütləq daim elmi araşdırmada olmalı və yeniliklərdən xəbərdar olmalıdır ki, təqdim edilən məqalədə yenilikləri görə bilsin.
Fizika elmləri doktoru Yusif Alıyev də “Vacuum” jurnalının redaksiya heyəti tərəfindən rəyə göndərilmiş məqalələri dərindən incələyərək, nəzəriyyə və ölçmələrə istinadən irad və təkliflərini bildirib məqalələr haqqında dolğun rəy yazmağa çalışmışdır.
Doesnt Yusif Alıyevin əməyi “Vacuum” jurnalının redaksiya heyəti tərəfindən yüksək qiymətləndirilərək əməkdaşlıqlığın məmnunluq ifadəsi olaraq ünvanına təşəkkür məktubu və sertifikat göndərilmişdir.
“Elsevier Journals”ın idarəedici direktoru xanım Laura Hassink tərəfindən göndərilmiş məktubda qeyd edilir: “Mütəxəssislərin rəyi qlobal tədqiqatın keyfiyyətinin yüksəldilməsi üçün mühüm təməldir və onun əhəmiyyəti çox qiymətlidir. Fədakarlığınıza və təcrübənizi bölüşdüyünüzə görə sizə ürəkdən minnətdarlığımızı bildiririk. Rəyçi kimi səyləriniz Elsevier jurnallarında dərc olunan tədqiqatın ən yüksək standarta uyğun olmasını təmin edir və sahənizi inkişaf etdirmək öhdəliyiniz həqiqətən ruhlandırıcıdır”.
Bu münasibətlə Quba filialının direktoru fizika elmləri doktoru dosent Yusif Alıyevi kollektivimiz adından təbrik edir, ona elmi və iş fəaliyyətində daha böyük uğurlar arzulayırıq.