
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.
İmtahan prosesi 01.02.2025-ci il tarixinədək davam edəcək.
Filialın direktoru, fizika elmləri doktoru dosent Yusif Alıyevin iştirakı ilə imtahanların obyektiv və şəffaf qaydada keçirilməsinin təmin edilməsi üçün yığıncaq keçirilib. İmtahan sessiyasının mövcud tələblərə uyğun, o cümlədən imtahan cədvəlləri üzrə müəyyən edilmiş qaydada və qrafikdə keçirilməsinə nəzarət etmək və imtahanlarla bağlı ortaya çıxa biləcək çatışmazlıqları operativ şəkildə təmin etmək məqsədilə İmtahan Qərargahı yaradılıb.
İmtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsindəki şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə həmçinin Apellyasiya Komissiyası təsis edilib.
İmtahan prosesinin operativ və şəffaf keçirilməsi məqsədilə nəzarətçi heyət fəaliyyətini fərdi və mobil qruplar şəkilində həyata keçirir.
Qeyd edək ki, yazılı və qismən şifahi formada keçirilən imtahanlarda cavabların yoxlanma qaydası çarpaz şəkildə təşkil edilmişdir.
İmtahanların ümumilikdə 11 ixtisas üzrə 46 qrup olmaqla 224 fənn üzrə 2 növbədə, saat 9:00-11:15 və 14:00-16:15 zaman kəsimlərində keçirilməsi nəzərdə tutulub. Qış imtahan sessiyasında filial üzrə 1130 tələbənin iştirak edəcəyi planlaşdırılıb.
İmtahanlarda bütün tələbələrə uğurlar arzu edirik!