
ADPU-nun Quba filialının Ümumi fənlər kafedrasının müdiri v.i.e Lətifə Cəlilovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13.12.2024-cü il tarixli qərarı ilə pedaqogika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib və 28 dekabr 2024-cü il tarixində ona AAK-da rəsmi şəkildə fəlsəfə doktoru diplomu təqdim edilib.
Elmi dərəcə alması münasibətilə hörmətli həmkarımızı ürəkdən təbrik edir, Lətifə xanıma şəxsi və elmi fəaliyyətində daha böyük uğurlar arzu edirik.
P. S. Qeyd edək ki, son 3 il ərzində ADPU-nun Quba filialının 4 əməkdaşına AAK-ın qərarı ilə fəlsəfə doktoru, 1 əməkdaşına elmlər doktoru elmi dərəcəsi verilmiş, 1 nəfər əməkdaşı isə AAK-ın tələbləri əsasında nostrifikasiyadan keçərək tarix üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi verilmişdir. Hömçinin 1 əməkdaşa isə dosent elmi adı verilmişdir.