ADPU Qubada “Gəlin həmrəy olaq!” adlı ədəbi-bədii gecə baş tutub

15.01.2025
ADPU Qubada “Gəlin həmrəy olaq!” adlı ədəbi-bədii gecə baş tutub

Quba filialının kollektivi “Gəlin həmrəy olaq!” şüarı altında bayram ovqatı paylaşıb
✅23 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Gəlin həmrəy olaq!” adlı ədəbi-bədii gecə təşkil olunub

Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın azadlıq arzuları naminə canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, dosent, Qabaqcıl təhsil işçisi Yusif Alıyev mərasimin bağlanış çıxışında təşkil olunan tədbirinin ümumi mahiyyətinin hər kəs üçün faydalı “Həmrəylik!” çağırışı olduğunu diqqətə çatdıraraq qeyd edib ki, tədbirin yüksək səviyyədə təşkili Pedaqoji Universitetin Quba filialının professor, müəllim və tələbə heyətinin tükənməz yaradıcılıq istedadının nümayişidir.
Müasir dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin dövlətimiz və xalqımız üçün milli xəzinə olduğunu diqqətə çatdıran direktor Yusif Alıyev deyib ki, bu tarixin rəsmiləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbulu üçün ölkə parlamentinə – Ali Sovetə müraciət ünvanlanıb. Dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Beləliklə, hər il dekabrın 31-i xalqımız tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.
Əvvəlcə aparıcı fil.f.d, ADPU-nun Quba filialının baş müəllimi Aytən Qurbanova tədbirin mahiyyətindən bəhs edərək bildirib ki, klassik ədəbi məclislərlə müasir dövrdə fəaliyyətdə olan ədəbi məclislərimizin bir səhnədə görüşməsi, poeziyanın inkişafına töhfə verərək, tarixi dövrlərin yaddaşı olan ədəbiyyatımızı unutmamaqdan ibarətdir.
“Divani-hikmət”, “Məclisi- üns”, “Gülüstan”, “Mirvarid Dilbazi Poeziya Məclisi”, “Ay işığı” ədəbi məclislərinin yaranışı və inkişaf yolu barədə müfəssəl məlumat verilib.
Mirzə Şəfi Vazeh və Fridrix Martin fon Bodenştedt, Xan qızı Natəvan və Seyid Əzim Şirvaninin obrazları yaradılmış, qəzəllər, şeirlər səsləndirilmişdir. Tədbirdə mühüm qonaqlar iştirak etmişdir.
Müasir ədəbi məclislərdən “Dədə Ələsgər ocağı” məclisinin üzvləri tədbirin sazlı-sözlü qonaqları sırasında olublar.
“Dədə Ələsgər ocağı” ictimai birliyinin sədri Xətai Ələsgərli, birliyin üzvü Ramin Qarayev, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquluyeva çıxışlarında tədbirin ədəbi mühitdə yaratdı həmrəylik mahiyyətindən danışıblar.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialına nadir kitablar hədiyyə olunub.
“Gəlin həmrəy olaq!” adlı ədəbi-bədii gecənin yaradıcı heyətinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının mədəni həyatına verdikləri töhfələrə görə, filial tərəfindən Təşəkkürnamələr verilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?