Hamımız pis müəllimlərin kimlər olduğunu bilirik: onlar bu sənəti gündə beş saat işləmək və uzun, tənbəl yaylar naminə seçənlərdir. O müəlliməlr ki, gördükləri iş haqqında açıq-aydın şikayətlənirlər. Onlar bütün müəllimlərin adını batıranlardır.
Köşə yazarlarından biri ibtidai məktəb müəlliminin ünvanladığı və yeni realiti-TV şousu təklif etdiyi məktubu çap etmişdi. “Üç nəfər kişi və üç nəfər də qadın iş adamlarını altı həftəlik bir müddətə ibtidai sinif otağına daxil edin”, – müəllim yazırdı. – “Qalibə yenidən öz işinə qayıtmaq imkanı veriləcək.” Müəllif yarışmada iştirak ednlərin üzləşəcəkləri manealəri sadalamaqla yazısına davam edirdi:
“Hər sinifdə beş öyrənmək qabiliyyəti olmayan, üç diqqət pozğunluğu sindromu olan, bir qabiliyyətli, iki ingilscə məhdud səviyyədə danışa bilən və üç nəfər də ciddi davranış probleməri olan şagrid olacaq. Hər bir yarışan ən azı üç gün əvvəl kurikulum məqsədlərinə uyğun dərs planlarını hazırlayıb uyğunlaşdırmalı, tərtib etməli və müvafiq materiallar yaratmalıdır. Yarış iştirakçılarından şagirdləri öyrətmək, davranış qaydalarını pozanların öhdəsindən gəlmək, texnologiyadan istifadə etmək, davamiyyəti sənədləşdirmək, təqdimatlar yazmaq, ev tapşırıqlarını yoxlamaq, bülleten lovhəsi hazırlamaq, şagirdlərin bacarıq və fəaliyyətləri haqqında məlumat cədvəlini tamamlamaq, valideynlərlə əlaqə saxlamaq və konfranslar təşkil etmək tələb olunacaq. Onlar tənəffüs zamanına nəzarət etməli, girişdə yoxlama aparmalı, yanğın, tornado və silahlı hücum zamanı necə davranmaq haqqında məşqləri tamamlamalıdırlar. Onlar həm də emalatxanalarda, fənn, sinif iclasları və kurikulum inkişafına dair iclaslarda iştirak etməlidirlər. Bundan savayı, geridə qalan şagirdlərə əlavə dərs keçməlidirlər. … Hələ intizama da nəzarət etməli və hər zaman stimullaşdırıcı öyrənmə mühiti yaratmalıdırlar.
Bu məktub mənə çox təsir etdi – müəllimlərin çox işlədiklərini göstərdiyinə görə deyil, məktubun tonu daha çox müəllimlərin gördükləri işə nifrət bəslədiklərini nümayiş etdirdiyi üçün. Nə isə, mən çox müəllimlər tanıyıram – çox yaxşı müəllimlər – inanmıram ki, bu məktub müəllifinin münasibəti onların hisslərini təmsil edir. Düşünürəm ki, bu köşəni oxuyan milyonlarala adam bilməlidir ki,
· Yaxşı müəllimlər çətin şagirdləri tədris işinə maneə kimi deyil, onları imtahan kimi görürlər.
· Yaxşı müəllimlər dərs planına qorxu ilə deyil, böyük maraq və yaradıcılıqla yanaşırlar.
· Yaxşı müəllimlər texnologiya və hər hansı digər təlim vasitələrinin kurikulumlarına inteqrasiyasına etiraz etmir; onlar bilirlər ki, müxtəlif təlim strategiyalarındaan istifadə etmək bütün şagirdlərin öyrənməsi üçün gözəl şərait yaradır.
· Yaxşı müəllimlər ofis heyəti, mütəxəssislər və idarəçilərlərlə əlaqə saxlamaq üçün lazım olan kağız işlərindən gileylənmir; onlar kağız işinin nəticələrinə dəyər verirlər.
· Yaxşı müəllimlər valideynlərlə əlaqə saxlamaq ehiyacına qarşı çıxmırlar; onlar uşaqların təlim-tərbiyəsində valideynlərin rolunu yaxşı başa düşürlər.
· Yaxşı müəllimlər dərsdənkənar işləri əlavə yük hesab etmirlər; onlar bunu öz şagirdlərini daha yaxşı tanımaq üçün bir fürsət kimi dəyərləndirirlər.
· Yaxşı müəllimlər iclasları itirilmiş vaxt kimi deyil, onları şəxsi və peşə inkişafı üçün imkan kimi görürlər.
· Yaxşı müəllimlər bu, istər cazibədar bülleten lövhələri hazırlamaq, istər yüksək gözləntilər, istərsə də pozitiv münasibət qurmaq olsun – əlverişli öyrənmə atmosferi yaratmağın əleyhinə deiyil. Onlar bu işlərin hər birinin bir yenilik oduğunu bilirlər.
· Yaxşı müəllimlər dəqiqə və saatları saymır; onlar həyatlarını dəyişdirdikləri uşaqları sayırlar.
· Yaxşı müəllimlər problemlər haqında şikayətlənmirlər; onlar həmin problemləri həll edirlər.
Bəli, yaxşı müəllimlər də aşağı əmək haqqı, ictimai dəstəyin olmamasına və işlərini daha da çətinləşdirən iş şəraitinə narazılıq edir, lakin onlar heç vaxt, əsla gördükləri işə nifrət etmirlər.
Hamımız pis müəllimlərin kimlər olduğunu bilirik: onlar bu sənəti gündə beş saat işləmək və uzun, tənbəl yaylar naminə seçənlərdir. O müəlliməlr ki, gördükləri iş haqqında açıq-aydın şikayətlənirlər. Onlar bütün müəllimlərin adını batıranlardır. Düşünürəm ki, onlar həm də yaxşı müəllimlərin öz peşələrini tanıtmaq və əmək haqlarını təmsil etmək üçün mübarizə aparmalarının səbəbəlrindən biridir.
Pis müəllimləri ucqar bir adaya tullamaq nə qədər cazibədar görünsə də, onları bu sənətdən xaric etməkdaha mənalı olar.
Linda Star, keçmiş müəllim, təxminən iyirmi il təhsil yazarı təcrübəsi olan, “Təhsil dünyası” jurnalının kurikulum və texnoloji redaktoru
İngiliscədən çevirdi:Rahib (Alpanlı) Sədullayev
ADPU-nun Quba filialı ədəbiyyat və dillər kafedrasının baş müəllimi,qabaqcıl təhsil işçisi