Puşkin adına Dövlət Rus Dili İnstitutundan qonaqlarla görüş baş tutub

26.12.2024
Puşkin adına Dövlət Rus Dili İnstitutundan qonaqlarla görüş baş tutub

Pedaqoji Universitetin Quba filialında Puşkin adına Dövlət Rus Dili İnstitutundan qonaqlarla görüş olub

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialı (ADPU) Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (Rus evi) “Rus dilinin səfirləri” beynəlxalq proqramının nümayəndələrinin təqdimatına ev sahibliyi edib.
Bu çərçivədə Puşkin adına Dövlət Rus Dili İnstitutundan (Moskva, Rusiya) qonaqlar “Rus dilinin səfirləri” Pedaqoji Universitetin Quba filialının rus dilini bilən bir qrup tələbəsi ilə görüşüblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, dosent, Qabaqcıl təhsil işçisi Yusif Alıyev və Rus evinin nümayəndəsi Yakunina Lyubov Timofeyevna açılışda çıxış edərək qarşılıqlı faydalı əməkdaşlıqdan, o cümlədən Azərbaycan-Rusiya əlaqələrindən bəhs ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyovanın videomüsahibəsindən bir hissəyə baxış olub.
Qonaqlar tələbələr ilə görüşdə rus mədəniyyətindən danışıblar, oyunlar keçiriblər. Sonda tələbələr arasında mini-sorğu keçiriblər, sertifikat və hədiyyələr təqdim ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?