Pedaqoji Universitetin Quba filialında Qazaxıstandan olan təhsil heyəti üçün keçirilən “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” təlimləri başa çatdı
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında (ADPU) Qazaxıstanın “Altın Qasır” təhsil mərkəzi tərəfindən təşkil olunan heyət üçün keçirilən “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” mövzusunda təlimlər iki gün davam edərək dekabrın 18-də yekunlaşıb.
İştirakçılara ADPU-nun direktoru dosent Yusif Alıyev tərəfindən sertifikatlar və hədiyyələr təqdim olunub.
Heydər Əliyev lektoriyasında keçirilən görüşdə Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinə dair xoş ifadələr dinlənilib.
Qonaqlar Xatirə kitabına ürək sözlərini yazıblar.
Təlimlərin ikinci günü ADPU-nun Quba filialının müəllimləri tərəfindən növbəti treninqlər keçirilib.
ADPU-nun Quba filialının Təbiət elmləri fakültəsinin dekanı səlahiyyətlərini m.i.e Nubar Bayramova “Uşaq yönümlü pedaqogika” mövzusunda təlimi iştirakçılara təqdim edib.
Filialın baş müəllimi Aygün Şıxbabayeva “Əsas sinif strategiyaları” mövzusu ilə iştirakçılar qarşısında geniş çıxış edib.
Təlim çərçivəsində innovativ texnologiyalara uyğun trener oyunlar keçirildi.
Qazaxıstanlı qonaqlar tədris prosesi ilə tanış olmaq üçün auditoriyalara keçiblər.
Qonaqlar filialın korpuslarını gəziblər.
Şəhid Nuran Mirzəyev adına otaq ziyarət edilib. Burada qazaxıstanlı qonaqlara 44 günlük Vətən müharibəsi və Azərbaycanın suverenlik qorumasında keçdiyi çətin tarixdən danışılıb. Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu mərdliklə düşmənin dizini yerə vuraraq rəşadətli qələbə qazanıb. Bu milli şərəf döyüşlərində iştirak edən yalnız peşəkar hərbçilər deyil, eyni zamanda könüllü olaraq Azərbaycanın müdafiəsinə qalxan müəllim və tələbələr də olub. Onlar vətənin dar günündə isti otaqlardan soyuq səngərlərə sığınmağı şəhadət yolunun şərafəti olaraq qəbul ediblər.
Sonra Qazaxıstanlı təlim iştirakçıları filialda fəaliyyət göstərən Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Mədəniyyət Mərkəzi ilə tanışlıq olub. Mərkəz və onun funksiyası barədə ətraflı məlumat verən s.e.f.d. Baş/müəllim Sabir Şahtaxtı (Hacıyev) vurğulayıb ki, kollektiv gələcəkdə filialda Azərbaycan – Qazaxıstan Türk dünyası Tanıtım və Mədəniyyət Mərkəzinin də fəaliyyət göstərməsini ürəkdən arzu edir.