Quba Soyqırımı Memorial Kompleksi ziyarət edildi

26.12.2024
Quba Soyqırımı Memorial Kompleksi ziyarət edildi

Pedaqoji Universitetinin Quba filialında təlim alan Qazaxıstan heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında (ADPU) “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” adlı təlim prosesində təlim alan Qazaxıstan nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Kompleksin bələdçisi İslam Aslanov Quba Soyqırımı Memorial Kompleksinin yaranma səbəbi barədə ziyarətçilərə məlumat verib. Bildirilib ki, bu Kompleks azərbaycanlıların uyuduğu kütləvi məzarlıqlardan biri olan Quba məzarlığına görə salınıb. İndiki Türkiyə, İran və Azərbaycan ərazisində XX əsrin əvvəllərinə təsadüf edən bütün kütləvi məzarlıqlarda erməni silahlı birləşmələrinin qətlə yetirdikləri
Məlumat verilib ki, erməni-daşnak silahlı dəstələri 1918-ci ildə bu məkanda yüzlərlə azərbaycanlını günahsız yerə qətlə yetiriblər. Qubada da kütləvi məzarlıq aşkar olunub. Keçmiş sovetlər birliyi dövründə nə qədər unutdurmaq istəsələr də bu mümkün olmayıb. Təsadüf nəticəsində üzə çıxan bu kütləvi məzarlıqda yüzlərlə insanın qalıqları aşkar edilib.
Xatırladaq ki, “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” təlimlərinin rəsmi açılış mərasimində erməni-daşnak Levon Mirzoyanın Azərbaycanda və Qazaxıstanda törətdiyi eyni motivli cinayətlərdən müfəssəl bəhs olunub.
Bildirilib ki, üstündən bir əsrə yaxın zaman keçsə də Azərbaycana və Qazaxıstana müxtəlif dövrlərdə niyə məhz Mirzoyan rəhbərlik etməsi sualına hələ də ədalətli cavab verilməyib. Bu heç də Stalinin ermənilərə məhəbbətindən deyil, onun ümumtürk düşmənçiliyi hislərinin həyata keçirilməsində məhz daşnak Mirzoyanın yararlı olmasından qaynanqlanan acı həqiqətdir.
Sovetlərin repressiya maşını Azərbaycanda Cavidi, Muşfiqi və digər aydınları məhv etdiyi kimi, bolşevizmin antaqonist simalarından olan Mirzoyanın rəhbərliyi ilə Qazaxıstanda tanınmış qazax ədibləri Saken Seyfullin, Maqjan Jumabaev, Axmet Bayturısnov və digər bu kimi minlərlə insanı məhv edib. 1936-1938-ci illərdə 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib.
1936-1938-ci illərdə 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib. Təkcə bu fakt olun bəşəri cinayətkar olduğunu deməyə əsas verən mühakimədir. Məhz bütün bunların nəticəsidir ki, Qazax xalqı ona nifrətini gizlətmir. Paytaxtı Astanada əli minlərlə türk-müsəlmanın qanına batmış Levon Mirzoyan küçəsinin görkəmli qazax ziyalısı, akademik Kuanış Saptaevin adına dəyişdirilməsi, eləcə də Qazaxıstanın Aktobe vilayətinin fəalları Aktobe şəhərində Levon Mirzoyanın xatirə abidəsinin götürülməsini tələbi tarixi ədalətin bərpasıdır.
Məlumatlarda həmçinin keçmiş SSRİ-nin sonuncu başçısı Qorbaçovun birbaşa təşkilatçılığı və himayəsi ilə sovet qoşun birləşmələrinin 1990-cı ildə Bakıda, ondan dörd il əvvəl-1986-cı ildə Alma-Atıda törətdikləri acır cinayətlər eyni ssenari və məqsədin acı nəticələridir.
Filialın Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Dünya Əhmədova və Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova nümayəndə heyətini Quba Soyqırımı Memorial Kompleksinə müşayiət ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?