Quba filialının əməkdaşları Bakı şəhərində keçirilən təlimdə iştirak ediblər
5 dekabr 2024-cü il tarixində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı ilə “Milli Karyera Həftəsi” çərçivəsində keçirilən “Karyera məsləhətçiliyində trendlər” mövzusunda görüşdə filialın Tələbə, məzunlarla iş və karyera şöbəsinin əməkdaşları Leyla Nurullayeva və Fatimə Allahverdiyeva iştirak etmişdir.
Təlim, DMA Mərkəzi Karyera Filialının təşkilatçılığı ilə baş tutmuşdur. Təlim Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı və Layihələr və monitorinq şöbəsinin aparıcı mütəxəssisi Jalə Bənnaeva tərəfindən keçirilmişdir.
Görüşün məqsədi karyera məsləhəti ilə məşğul olan həmkarlarla birgə karyera məsləhətçiliyində mövcud olan yeni tendensiyalarla bağlı müzakirə və fikir mübadiləsinin aparılması idi.