Pedaqoji Universitetin Quba filialının əlaçı məzunlarına fərqlənmə bakalavr diplomları təqdim olunub

11.12.2024
Pedaqoji Universitetin Quba filialının əlaçı məzunlarına fərqlənmə bakalavr diplomları təqdim olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialının təhsil ixtisasları qrupuna daxil olan 050101 “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, 050107 “İbtidai sinif müəllimliyi”, 050118 “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarının əyani təhsilalma forması üzrə 2020-ci ildə təsdiq edilmiş tədris planlarının tələblərini tam yerinə yetirmiş və müvafiq kreditləri toplamış, təhsil müddətində “yaxşı” qiymətlərinin sayı bütün qiymətlərinin sayının 25%-dən çox olmamaqla bütün imtahanlardan yalnız “yaxşı” və “əla” qiymətlər almış, 14.06.2024-cü il tarixli 2/68 nömrəli əmrlə pedaqoji internatura hesabatlarının təqdimatına buraxılmış və təqdimatın nəticələrinə əsasən pedaqoji internaturadan “əla” qiymət almış adları aşağıda göstərilən IV tədris ili tələbələri filialı müvafiq ixtisaslar üzrə bitirmiş hesab edilən 13 tələbəyə bakalavr ali peşə-ixtisas dərəcəsi və fərqlənmə bakalavr diplomu verilib.
ADPU-nun Quba filialının direktoru, dosent, fizika elmləri doktoru Yusif Alıyev filialı fərqlənmə ilə bitirən tələbələrdən – Səfərova Şəbnəm Elşən qızı, Həsənova Nuridə Teymur qızı, Babayeva Səfurə Bəhruz qızı, Hacıbalayev Məhəmməd Ağamməd oğlu ilə görüşüb və bakalavr diplomlarını əlaçı məzunlara təqdim edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını fərqlənmə bakalavr diplomu ilə bitirən tələbələr filialdakı yüksək təhsil şəraiti, nizam-intizam, asudə vaxtın səmərəli təşkili kimi şəraitlərə görə, direktor Yusif Alıyevə səmimi minnətdarlıqlarını ifadə ediblər. Tələbələr bildiriblər ki, hər zaman cəmiyyətimizdə nümunəvi olmağa çalışacaq, bundan sonra da əməli işləri ilə Pedaqoji Universitetin Quba filialının təbliğatçısı olacaqlar.
Pedaqoji Universitetin Quba filialının məzunlarının son illər magistr təhsili almaq üçün daha yüksək fəallıq göstərdiklərini, hətta nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanları əldə etdiklərini xatırladan direktor gənclərə xoş arzuları çatdıraraq əmin olduğunu ifadə edib ki, onlar da magistr təhsili alıb öz yüksək intellektləri ilə xalqımıza və dövlətimizə böyük faydalar qazandıracaqlar.
Strateji məsələlər üzrə mütəxəssis, s.e.f.d. Sabir Şahtaxtı (Hacıyev) görüşdə iştirak edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?