Pedaqoji Universitet daha bir möhtəşəm layihəyə tərəfdaşlıq etdi

05.12.2024
Pedaqoji Universitet daha bir möhtəşəm layihəyə tərəfdaşlıq etdi

Avropa Komissiyasının Erasmus+ K2 proqramı tərəfindən maliyyələşdirilən və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaş qismində iştirak etdiyi “Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris, öyrənmə və qiymətləndirmə sahəsində təhsilin daxili keyfiyyət təminatının gücləndirilməsi” (İQAinAR) adlı layihənin yekun konfransı keçirilib.
Toplantı çərçivəsində Niderland və İspaniya krallığının Səfirliklərinin, WUAS-ın, UCAM-ın, Milli Erasmus ofisinin, Elm və Təhsil Nazirliyinin, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin və digər yerli tərəfdaş universitetlər ilə yanaşı ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev və filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva iştirak ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?