“LevelUP” karyera forumunun II mərhələsi

02.12.2024
“LevelUP” karyera forumunun II mərhələsi

Pedaqoji Universitetinin Quba filialı LevelUP karyera forumunun II mərhələsinə uğurla ev sahibliyi edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı LevelUP karyera forumunun II mərhələsinə uğurla ev sahibliyi edərək növbəti möhtəşəm nailiyyətə imza atıb.
Əmək yarmarkası xarakteri daşıyan bu mərhələdə gənclər üçün təşkilat, qurum və şirkətlər tərəfindən elan olunmuş vakansiya, təcrübə və könüllülük proqramları sərgilənib.
İştirakçı tərəflər ADPU Quba filialının inzibati binasında öz stentlərini quraraq ziyarətçiləri qarşılayıblar.
ADPU-nun Quba filialının direktoru, dosent, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev açılış mərasimindəki çıxışında LevelUP karyera forumunun qarşıya qoyduğu vəzifələrdən bəhs edərək əminliklə birldirib ki, hədəflərə çatmaq üçün bütün imkanlar səfərbər olunub.
Sonra Quba-Xaçmaz Regional Məşğulluq filialının təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Emin Abdullayev çıxış edərək iki gün davam etmiş forum barədə fikir və düşüncələrini bölüşüb, tədbirin faydalı istiqamətlərindən məmnunluğunu ifadə edib.
Sərgi iştirakçıları həmçinin mövcud vakansiyalardan yararlanıb.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Qubada 2 mərhələdən ibarət “LevelUP” karyera forumu və sərgisi təşkil olunub.
Hər iki tədbir böyük iştirakçı marağı ilə qarşılanıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?