“Eko təhlükəsizlik və dayanıqlı gələcək naminə gənclərin maarifçilik məktəbi” adlı tədbir keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filailının tərəfdaşlığı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi əsasında “Eko təhlükəsizlik və dayanıqlı gələcək naminə gənclərin maarifçilik məktəbi” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd regionlarda gənclər arasında təmiz ətraf mühit və yaşıl enerji mövzularında maarifləndirmə yolu ilə davamlı həyat tərzini təbliğ etməkdən ibarət olub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filailının direktor müavini p.f.d Aysel Şeydayeva, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, “El Pəhləvanları” İdman Klubunun sədri Nurəddin Hüseynov, müəllimlər və tələbələr iştirak edib.
Noyabrın 28-də baş tutan tədbir filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilib.
Həmçinin layihə çərçivəsində “ətraf mühit tullantıları” və “su ehtiyatlarından səmərəli istifadə” mövzusunda hazırlanmış video-çarx nümayiş olunub. Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.