Quba filialının əməkdaşları “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda tədbirdə iştirak ediblər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbirləri” çərçivəsində 22 oktyabr 2024-cü il tarixdə Quba RİH təşkilatçılığı ilə Quba ASAN Xidmət Mərkəzində “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirilmişdir. Quba filialının əməkdaşları Nəhayət Şirinova və Nübar Bayramova da adı çəkilən tədbirdə iştirak ediblər.