İqlim dəyişkənlikləri: səbəbləri, nəticələri və mübarizə tədbirləri

22.11.2024
İqlim dəyişkənlikləri: səbəbləri, nəticələri və mübarizə tədbirləri

Pedaqoji Universitetinin Quba filialında keçirilən “İqlim dəyişkənlikləri: səbəbləri, nəticələri və mübarizə tədbirləri” mövzulu elmi seminarda qlobal problemlər təhlil edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında (ADPU) dosent Güləddin Həmzəyevin təqdimatında “İqlim dəyişkənlikləri: səbəbləri, nəticələri və mübarizə tədbirləri” mövzusunda elmi seminar keçirilib. Seminarda filial rəhbərliyi, professor-müəllim heyəti, struktur rəhbərləri iştirak ediblər.
Seminarı giriş sözü ilə ADPU-nun Quba filialı Dəqiq və təbiət elmləri kafedrasının müdiri səlahiyyətlərini m.i.e. riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanov acıq elan edərək mövzunun aktuallığından danışıb.
Dosent Güləddin Həmzəyev seminar iştirakçılarını salamlayaraq hazırda gündəlik beynəlxalq problem olan qlobal iqlim dəyişkənlikləri, onların yaranma səbəbləri, ondan qaynaqlanan problemlər və mübarizə üsulları haqqında geniş maarifləndirici məlumatlar verib.
Hal-hazırda ölkəmizin ev sahiblik etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP-29) keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edən alim bildirib ki, tədbirin gündəliyi keçirilən seminarın mövzusu ilə tam şəkildə uzlaşır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi COP-29 Azərbaycanın bu vaxta qədər ev sahibliyi etdiyi bütün tədbirlərdən müqayisəyə gəlməz dərəcədə üstündür.
Kainatdakı bütün məsələlərin Yer kürəsinə təsiri istiqamətində dərin mühakimələr yürüdən alim əsaslandırıb ki, buzlaşma, buxarlanma və s. kimi proseslər bütün dövrlərdə iqlim dəyişikliyinə müstəsna təsir edən amillər sırasında olublar.
Seminar sərbəst sual-cavab, mülahizə və mühakimələrə qarşı arqumentlərin səsləndirilməsi formatında davam edib.
Tədbirin yekununda filial direktoru dosent Yusif Alıyev seminarın işinin yüksək dəyərləndirmiş və bundan sonra aktual mövzuların davamlı tendensiyada təşkil olunmasına dair tövsiyələr etmişdir. Direktorun seminar mövzusunu əhatə edən sualları ətrafında maraqlı diskussiya yaranıb.
Daha sonra Quba filialının pedaqoqları – r.ü.f.d Nurbala Süleymanov, p.ü.f.d. Pərvanə Rzayeva, s.e.f.d. Sabir Hacıyev (Şahtaxtı), Riyaziyyat və Təbiət elmləri fakültəsinin dekanı səlahiyyətlərini m.i.e Nubar Bayramova, Humanitar elmləri fakültəsinin dekanı səlahiyyətlərini m.i.e Mürvət Əliyev, Ümumi fənlər kafedrasının müdiri səlahiyyətlərini m.i.e. Lətifə Cəlilova çıxışlarında mövzu ətrafında səsləndirilən fikirləri və mühakimələri yüksək dəyərləndirərək seminarda qaldırılan məsələlərin qlobal əhəmiyyətindən bəhs ediblər.
Yekunda Xəzər hövzəsinin su səviyyəsindəki real vəziyyət, bunu yaradan səbəblər barədə suallar ətrafında müzakirə aparılıb.
Çıxışlarda ifadə olunub ki, mövzunun aktuallığı, problemə peşəkar yanaşma, mühakimələrin dərinliyi seminardakı müzakirələrin maraqlı məcraya yönəldilməsinə öz təsirini göstərib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?