Dil paralelləri: Azərbaycan və Macar dilləri ilə müqayisədə

05.11.2024
Dil paralelləri: Azərbaycan və Macar dilləri ilə müqayisədə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında macar dili üzrə mütəxəssis Etelka Kovaçın təqdimatında “Dil paralelləri: Azərbaycan və Macar dilləri ilə müqayisədə” mövzusunda təlimlərə start verilib.
Üç hissədən ibarət planlaşdırılan təlimlərin birincisi noyabrın 4-də keçirilib.
ADPU-nun Quba filialının professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən təlim iştirakçılarda böyük maraq yaradıb. Dilçi mütəxəssis Etelka Kovaçın təlimin sonunda sualları cavablandırıb.
Digər iki təlim 27 noyabr və 03 dekabr 2024-cü il tarixlərində yenə də, ADPU-nun Quba filialının akt zalında təşkil olunacaqdır.
Alman və Macar dilində tərcümə ilə keçiriləcək növbəti təlimlərdə iştirak etmək üçün 100-dən çox tələbə qeydiyyatdan keçib.
Təlim bitdikdən sonra iştirakçılara sertifikat təqdim olunacaq.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?