Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərlik hissinin tərənnümü məqsədilə Quba rayonu Rizvan Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbində bütün sinif otaqlarına şəhid adları verilib.
Otaqların qarşısında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğulların fotoları və onlar haqqında məlumatlar yer alıb.
Həmin məktəbdə 8 Noyabr Zəfər Gününə və şəhid adlarının əbədiləşdirilməsinə həsr edilən tədbordə YAP Quba rayon təşkilatının sədri, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, məktəbin kollektivi, həmçinin Filialın əməkdaşları -Tədris şöbəsinin müdiri Mələk Bağırova, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Kərimova da iştirak edib.
Adları auditoriyalara verilən şəhidlərin valideynləri və yaxınları onlara təhsil ocağında göstərilən diqqətdən məmnunluqlarını ifadə ediblər.