Yeni dövr mənbələri

05.11.2024
Yeni dövr mənbələri

ADPU-nun Quba filialında Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı fənnindən inteqrativ dərs keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Tarix müəllimliyi ixtisası üzrə 3-cü kurs, 2201B qrupunda Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı fənnindən müəllimlər Təhminə Əliyeva və Hikmət Musayev tərəfindən inteqrativ dərs keçirildi (04.11.2024).
Dərsin mövzusu “Yeni dövr mənbələri. II və III Respublika sənədləri” idi. Müəllimə Təhminə Əliyeva keçmiş Sovet dövrü mənbələrindən, 1920-1991-ci illərə aid qanunvericilik sənədlərindən, kargüzarlıq sənədlərindən, mətbu orqanlardan və statistik mənbələrdən məlumat verərək, mənbələrlə işləmə qaydası və prinsiplərini izah etdi.
Müəllim Hikmət Musayev isə müasir dövr mənbələri olan e-qanun, elektron hökumət, ASAN imza, egov.az saytlarının işlədilməsi mexanizmi, onlardan mənbələrin əldə edilməsi, elektron kitabxanaların əlçatanlığı və zaman-məkan baxımından faydalanma yönləri haqqında məlumat verdi.
Dərsin sonunda tələbələrin sualları və müzakirələri əsasında rəsmi saytlardan mənbələrin araşdırılması və əldə edilmə üsulları öyrədildi.
Qeyd edək ki, inteqrativ dərs, bir mövzunun müxtəlif fənlər və ya fərqli yanaşmalar əsasında öyrədilməsi üçün aparılan dərs metodudur. Bu dərs növündə, eyni mövzuya aid müxtəlif bilik sahələri bir araya gətirilir və fənlər arasında əlaqələr qurulur. Məsələn, tarix və informasiya texnologiyaları bir dərsdə birləşdirilərək, həm tarixi biliklər öyrədilir, həm də müasir texnologiyalardan istifadə qaydaları göstərilir.
İnteqrativ dərslərin əsas məqsədi tələbələrin mövzunu daha geniş perspektivdən anlamasını izah etmək; fərqli fənlər arasında əlaqələri göstərərək bilikləri praktik və faydalı etmək; şagirdlərin tənqidi düşünmə, analiz və əlaqələndirmə bacarıqlarını inkişaf etdirməkdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?