Konstitusiya Gününə həsr olunmuş tədbir baş tutub

05.11.2024
Konstitusiya Gününə həsr olunmuş tədbir  baş tutub

Pedaqoji Universitetinin Quba filialında Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Şəhid kapitan Aqil Məlikov adına auditoriyada 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir və müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın mövzu ətrafında ümumi məlumat verib.
Strateji məsələlər üzrə mütəxəssis, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və inkişafında, eləcə də milli Konstitusiyamızın qəbulundakı tarixi missiyasından bəhs edib.
Tələbə Həmkarlar İttifaqının sədri Aygün Şıxbabayeva Azərbaycan Konstitusiyasının istiqamətləri, vətəndaş hüquq və azadlıqlarının qorunması barədə iştirakçılara geniş məlumatlar verib.
Qırx dörd günülük Vətən müharibəsi və onun xalqımıza bəxş etdiyi milli qürur səltənətindən söz açan çıxışçılar diqqətə çatdırıblar ki, ulu öndər Heydər Əliyevin 1 noyabr 1996-cı il tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Azərbaycanda Konstitusiya özündə bütün hüquq və bərbaərliklə ehtiva edir.
Daha sonra qiraətçi tələbələr Şəhanə Hüseynova və Türkan Allahquliyevaın ifasında seir- kompozisiyalar səsləndirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?