Oktyabrın 31-də ADPU-nun Quba filialında Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun və Azәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin birgə təşkilatçılığı ilə “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib.
Tədbir ADPU-nun Quba filialının Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilib. Çıxış üçün söz filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyevə təddim olunub. Dosent Yusif Alıyev tələbələrdə mütaliəyə maraq oyatmaq üçün universitetdə görülən işlərdən, yaradılan şəraitdən, bu sayaq tədbirlərin keçirilməsi zəririliyindən bəhs edib.
Gənc nəslin formalaşmasında kitabın, mütaliənin, ədəbiyyatın əvəzsiz rolunu ön plana çəkmiş və mütaliənin faydasından, gənclərin gələcək həyatlarındankı tərbiyəvi rolundan danışıb.
Daha sonra Ədəbiyyat Fondunun Baş Direktoru, sevilən və görkəmli yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü. Azərbaycan Respublikasının “Əməkdar Jurnalisti”, həmçinin layihənin rəhbəri Varis Yolçiyevə söz verilib, o, öz çıxışında 2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi” elan olunmasını və qalibin Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihəsinin reallaşmasını qeyd edib. Varis Yolçiyev onu da diqqətə çatdırıb ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn bu layihәnin birinci mәrhәlәsindә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün isə “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib.
Onu da qeyd edək ki filialımıza və fələbələrimizə də adı çəkilən kitablardan 125 ədəd hədiyyə olunub.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, Türk dünyasının sevilən şairi Ramiz Qusarçaylı, Dünya Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri, şair İntiqam Yaşar, Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Saməddin Nəsirov, filialın Filologiya kafedrasının baş müəllimi Eyvaz Şeydayev, yerli ədəbi mühitin seçilən nümayəndələrindən Ayaz Səlimxanoğlu, gənc yazarlar, filialın istedadlı tələbələrindən olan gənc şair Günəş İskəndərov və qiraətçi Aynur Əliverdiyevanın çıxışları dinlənilib.
Tədbir interaktiv sual-cavab formasında davam edib, sonda hər bir tədbir iştirakçısına “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” və “Sizin üçün seçdik” kitabları hədiyyə edilib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.