Tələbə bacarıqların artırılması istiqamətində təlim

04.11.2024
Tələbə bacarıqların artırılması istiqamətində təlim

ADPU-nun Quba filialında tələbə bacarıqların artırılması istiqamətində təlim keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbələrin Startup və İnnovasiya bacarıqların artırılması istiqamətində filialın müəllimi Yusif Abayev tərəfindən təlim keçirilmişdir.
Təlimin məqsədi təhsil müddətində təhsilalanların təhsil ilə paralel olaraq fərdi bacarıqlarını inkişaf etdirməkdir.
Mövcud əmək bazarlarının tələblərinə uyğun olaraq tələbələrdə STEAM, Startup, İnnovasiya və layihələrin məqsədi və imkanları, işlənmə qaydaları haqqında geniş məlumat verilən təlim prosesində suallar cavablandırılıb.
Bu istiqamətdə təlimlərin davamlı olaraq keçirilməsi, həmçinin təlimlər çərçivəsində fərqli istiqamətlərdə özünü doğrultmuş Startupçılarla görüşlər nəzərdə tutulub.
Təlimlər ADPU Quba filialını yerli və beynəlxalq müsabiqələrdə təmsil etmək üçün komandaların təkminləşdirməyi hədəfləyir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?