“Problem yoxdur…” sənədli filmi inklüziv cəmiyyətin inkişafına töhfədir

04.11.2024
“Problem yoxdur…” sənədli filmi inklüziv cəmiyyətin inkişafına töhfədir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Problem yoxdur…” sənədli filminin nümayişi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Problem yoxdur…” sənədli filmi barədə geniş məlumat verən tədbirin təşkilatçısı və aparıcı, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova ekran əsərinin özünün də baş müəllim olduğu ADPU Quba filialında nümayişinin məqsəd və əhəmiyyətindən danışıb.
“Problem yoxdur…” sənədli filmi əlilliyi olan Alik Cəfərovun həyat hekayəsidir.
Tədbirdə ADPU Quba filialının direktoru, dosent Yusif Alıyev, “REHA” Təlim Təhsil Mərkəzinin rəhbəri beynəlxalq dərəcəli təlimçi və pedaqoq İlhamə Axundova, Xüsusi pedaqoq, xüsusi təhsil məktəbləri üçün bir çox dərsliklərin müəllifi, təlimçi Aygün Qasımova, “Viqas Med” Psixoloji və Nitq İnkişafı Mərkəzinin direktoru Fidan Bağırovanın çıxışları dinlənilib. Natiqlər ekran əsəri barədə fikir və mülahizələrini bölüşüblər.
Sonra İnklüziv cəmiyyətin inkişaf etdirilməsi və Azərbaycanda müasir vəziyyəti mövzusunda videoçarx göstərilib.
Qeyd edək ki, Elçin Ağazadə 2000-ci illərdə peşə fəaliyyətinə səs rejissoru kimi başlamış, 2015-ci ildən rejissor kimi fəaliyyətini davam edib, əsərləri çox sayda mükafatlara layiq görünüb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?