Əliyev Mürvət Cavid

Ana səhifə » Əliyev Mürvət Cavid

Əliyev Mürvət Cavid oğlu 19 iyul 1987-ci ildə Şabran rayon Aygünlü kəndində ziyalı ailəsində anadan olub.
Təhsili:
1993-cü ildə Cəlal Məmmədov adına Aygünlü kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2004-cü ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirib.
2005-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının “Tarix-Coğrafiya”ixtisası üzrə bakalavr pilləsinə qəbul olub və 2009-cu ildə həmin ixtisası bitirərək ADPU-nun “Türk xalqları tarixi”ixtisası üzrə magistratura pilləsinə qəbul olub. 2011-ci ildə ADPU-nun “Türk xalqları tarixi”ixtisası üzrə magistratura pilləsini bitirib.
2012-ci ildə AMEA-nın Tarix İnstitutunda “Vətən tarixi” ixtisası üzrə dissertanturaya qəbul olub hal hazırda burada təhsili alır.

Əmək fəaliyyəti:
Əmək fəaliyyətinə ADPU-nun Quba filialında (keçmiş AMİ) 2011-ci ildə müəllim kimi başlamışdır.
2012-ci ildə Sənəd Qəbulu komissiyasının Şimal regionu üzrə katibi,
2013-2019-cü illərdə filialın Münaqişə Komissiyasının sədri kimi fəaliyyət göstərmişdir.
2014-cü ildən ADPU-nun Quba filialının İHT-nın sədri kimi fəaliyyət göstərir.
2016-cı ildən “Pedaqoji və ictimai fənlər” kafedrasında baş müəllim vəzifəsində çalışır.
2020-ci ilin aprel ayından filialda yeni yaradılan Direktor köməkçisi vəzifəsinə təyin olunmuşdur.
5 ildən artıqdır ki, DİM-də imtahan rəhbəri kimi iştirak edir.
Elmi fəaliyyəti:
1. Əliyev M.C. Səlcuq dövlət və hökumət təşkilatları // – Bakı: ADPU-nun xəbərləri -2010
2. Əliyev M.C. Səlcuq dövlətində idarəetmə // ADPU-nun magistr və tələbələrinin elmi konfransının materialları – Bakı : 2011
3. Əliyev M.C. XVIII əsrdə Borçalı, Qazax və Şəmşəddil bölgələrinin siyasi həyatı haqqında // Bakı: Sivilizasiya, – 2017. №6, – s. 106-113.
4. Əliyev M.C. XVIII əsrin II yarısında Gəncə xanlığının Kartli – Kaxeti çarlığı ilə münasibətləri haqqında // Bakı: Tarix və onun problemləri, – 2017. № 3, -s. 33-40.
5. Əliyev M.C. 1818-20-ci illərdə Qazax-Şəmşəddil üsyanları və Şimali Azərbaycanın milli azadlıq hərəkatında onların yeri // Bakı: Tarix, insan və cəmiyyət, – 2018. № 4, – s 137-146.
6. Алиев М.ДЖ. Георгиевский трактат 1783 года и о вопросе влияния на территории борчалы и газах -шамшаддиля русско-грузинского блока // Ужгород: Науковий высник, – 2019. №5, – с. 65-72.
7. Алиев М.ДЖ. Об освободительной борьбе Борчалинского и Газах-шамшаддильского регионов против российского колониализма во время II Русско-каджарской войны (1826-1828) // Динипро: Освита I наука у минливому свити, – 2020, с.
8. Əliyev M.C, H.A. Nuriyeva, Avropada 1347-1352-ci illərdə “ Qara ölüm” – Vəba xəstəliyi və orta əsrlərdə cəmiyyətin müxtəlif sahələrinə epidemiyaların təsirləri // World science: problems and innovations, – East Lansing, Michigan, USA, – 2021, – s. 210-217.
9. Əliyev M.C. 1783-cü il Georgiyevsk müqaviləsindən sonra Kartli- Kaxetiya hakimlərinin və onların havadarı olan Rusiyanın Borçalı və Qazax-Şəmşəddil torpaqlarına iddialarının artması // Karabakh: Way to Victory, – Göteborg: – 28 avqust, – 2021, – s. 243-248
ADPU-nun Quba filialında çalışdığım müddətdə universitetin həm elmi həm də ictimai işlərində yaxından iştirak etmişəm.
Ailəlidir, 2 qız, 1 oğlan övladı var.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?