Zəfər ruhlu intellektual yarış: “Ədəbiyyatdan intellektə”!

02.11.2026
Zəfər ruhlu intellektual yarış: “Ədəbiyyatdan intellektə”!

29 oktyabr 2026-cı il tarixində ​Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatının (TGT), Xəmsə Kitab Klubunun və İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “Ədəbiyyatdan intellektə” adlı intellektual yarış keçirilib.

​Tədbiri giriş sözü ilə açan filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Aysel Şeydayeva iştirakçıları salamlayaraq, filialın direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev tərəfindən xüsusi olaraq diqqətdə saxlanılan Tələbə Klublarının fəaliyyətinin gücləndirilməsi məsələsinin əhəmiyyətini qeyd edib və gənclərin intellektual inkişafının və mütaliə mədəniyyətinin formalaşdırılmasının vacibliyini vurğulayıb.

​Gənclərin mütaliə mədəniyyətini və intellektual potensialını bir araya gətirən, 4-5 nəfərlik qruplar arasında gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda komandalar bilik və bacarıqlarını nümayiş etdiriblər.

​Sonda fərqlənən qalib komandalara filialın Xəmsə Kitab Klubunun sədri Əli Daşdəmirov tərəfindən xüsusi kuboklar və dəyərli kitab hədiyyələri təqdim olunub.

​Qaliblərimizi təbrik edir, gənclərimizə yeni elmi və intellektual uğurlar arzulayırıq!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?